Banner

Azərbaycanın “Akınçı” PUA-ları şərti düşmənin hədəflərini təyin etdi - VİDEO

Xəbərlər 29 Fevral 2024 14:14
Azərbaycanın “Akınçı” PUA-ları şərti düşmənin hədəflərini təyin etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akınçı” hücum pilotsuz uçuş aparatları (PUA) hava kəşfiyyatı aparıb.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyndən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, HHQ-nin PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Məlumata görə, əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
 

Oxunub 578
ŞƏRH YAZ
Ad

E-mail

Şərh