Banner

Azərbaycanın bu bölgələrinə güclü qar yağdı - Yollarda çətinlik yarandı - VİDEO

Xəbərlər 12 Mart 2022 23:57 Oxunub 7630
Azərbaycanın bu bölgələrinə güclü qar yağdı - Yollarda çətinlik yarandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bölgələrə yağan qar insanları çətin vəziyyətə salıb. Tovuz rayonun dağ kəndlərində qarın qalınlığı 20-30 santimetrə çatıb. Havalar şaxtalı olduğundan ucqar dağ kəndlərinə gedən əksər yollar buz bağlayıb. Sürücülər çətin anlar yaşayıblar. Zaqatala və Qaxda da qar infrastruktura ziyan vurub.

Ağaclar qırılaraq aşıb, yollar bağlanıb. Buz bağlayan yollarda hərəkət də çətinləşib. Bir neçə gündür ki, şimal-qərb bölgəsinə yağan yağış dünən gecədən qara çevrilib. Səhərədək yağan qarın hündürlüyü dağlıq yaşayış məntəqələrində 25-30 , digər yerlərdə isə təxminən 10-15 sm olub. Yağan qarın təsirindən Zaqatala rayonunda bəzi yerlərdə iri ağac budaqları qırılıb. Bir yerdə telefon xətti dayağının aşması nəticəsində rabitə və işığın verilməsində qısamüddətli fasilələr yaranıb. Yollarda nəqliyyatın hərəkətində çətinlik yaranmayıb. Sakinlər isə qarın yağmasına sevinir, erkən çiçəkləyən ağaclardan başqa bütün təsərrüfat sahələrinə indi yağan qarın xeyirli olduğunu və yayda da suyun bol olacağını deyirlər. Qaxda da qar əsasən rayonun dağlıq kəndləri olan İlisu, Sarıbaş və Ağçay kəndlərinə yağıb. Daha sonra Qax şəhəri də ağ örpəyə bürünüb. Hazırda yağmaqda davam edən qarın qalınlığı İlisu kəndində 20-25 sm, şəhər mərkəzində isə 10 sm təşkil edir. Rayon ərazisi, avtomobil yolları qarla örtülüb. Polis əməkdaşları və aidiyyatı qurumlar gücləndirilmiş iş rejmində xidmət göstərir. Tovuzun kəndlərinə yağan qarın hündürlüyü 20-30 santimetrə çatıb. Yollara qum və duz qarışığı tökülsə də ucqar dağ kəndlərinə gedən yollarda sürücülər  çətinliklərlə üzləşiblər. Yolun hərəkət zolağı xüsusi texnikalarla qardan təmizlənməyib. Sözügedən yollara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 26-nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyəti xidmət göstərir. Əlverişsiz hava şəraiti bir neçə gün davam edəcək. Görünən odur ki, əraziyə bələd olmayan, şinləri qaydasında olmayan sürücülər  hər hansı xoşagəlməz halla üzləşməmək üçün ehtiyyatlı davranmalıdılar. Çünki, yolun hərəkət zolağı səhər və axşam saatlırında buzlu olur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh