Azərbaycanın İtaliyadan alacağı yeni hərbi təyyarələr nəyə qadirdir?

Azərbaycanın İtaliyadan alacağı “C-27J Spartan” bazarda ən effektiv nəqliyyat təyyarələrindən hesab olunur.
Avtosfer.az xəbər verir ki, hərbi təyyarə ən çətin coğrafi şəraitdə qısamənzilli uçuş və eniş missiyalarını yerinə yetirmək qabiliyyətinə malikdir. Bu, hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.
Təyyarənin ilk uçuşu 1999-cu ildə həyata keçirilib. 2006-cı ildə istifadəyə verilən “C-27J Spartan” ABŞ istehsalı “Lockheed Martin C-130J Super Hercules”lə eyni motor və texniki bazaya sahibdir. Sonradan bir neçə dəfə üzərində təkmilləşdirmələr aparılıb.
Standart nəqliyyat konfiqurasiyasına əlavə olaraq, “C-27J Spartan”ın dəniz patrulu, axtarış və xilasetmə, idarəetmə, rabitə, kəşfiyyat, müşahidə döyüş missiyalarının icrası üçün xüsusi variantları hazırlanıb.
“C27J Spartan”ın yükgötürmə qabiliyyəti 11,5 tondur. Hərbi hava gəmisinin uzunluğu 22,7 metr, qanadlarının eni 28,7 metr, hündürlüyü 9,64 metrdir. Maksimum sürət 602 km/saatdır.
Təyyarənin ekipajı iki nəfərdən ibarətdir. “C-27J Spartan” 60-a qədər əsgər və ya 46 paraşütçü və ya 6 nəfərlik xərəklərdə 36 yaralı daşımaq imkanına malikdir.
Hazırda istehsalçı İtaliya ilə yanaşı, Avstraliya, Bolqarıstan, Çad, Litva, Rumıniya, Slovakiya, Sloveniya, Türkmənistan, Meksika, Peru, Mərakeş, Keniya “C-27J Spartan” təyyarələrindən istifadə edirlər. Eyni zamanda ABŞ ordusunun arsenalında bu təyyarədən var. Lakin adı açıqlanmayan bir sıra digər ölkələrdə də bu təyyarədən istifadə edilir.
oxu.az
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı











