Banner

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO

Xəbərlər 14 Yanvar 2026 11:36
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır.

Avtosfer.az xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.



Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.



Bundan başqa, respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Həmçinin ərazi üzrə yerli əhəmiyyətli Lahıc-Burovdal avtomobil yolunda qarın və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər aparılır.


Agentlik tərəfindən hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

 

Oxunub 176
ŞƏRH YAZ
Ad

E-mail

Şərh