Azərbaycanla İran arasında yükdaşımalar 28 % artıb

İranda yeni ilin başladığı ötən il martın 21-dən bu il fevralın 21-nə qədərki 11 ay ərzində bu ölkə ilə Azərbaycan arasında 645 min ton yük daşınıb.
Avtosfer.az xəbər verir ki, bunu İranın Şimal Dəmir Yolu İdarəsinin baş direktoru Qulam-Hüseyn Vəladi bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 28 % çoxdur.
Q.Vəladi qeyd edib ki, 11 aylıq yükdaşımaların 373 min tonu və yaxud təxminən 58 %-i dəmir yolu vasitəsilə həyata keçirilib.
“11 ayda dəmir yolu ilə (Astara) Azərbaycandan İrana 206 min tondan çox yük daşınıb ki, bu da 58 % artım deməkdir. İrandan Azərbaycana isə 167 min tondan çox yük, əsasən sitrus meyvələri, müxtəlif növ digər meyvələr, sement, kimya sənayesi məhsulları, kafel və ərzaq məhsulları nəql edilib", - deyə baş direktor əlavə edib.
report
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











