Azərbaycanlı alim COVID-19-a yoluxmuş hamilələr üçün riskləri açıqlayıb

“Artıq müəyyən inkişaf etmiş ölkələrdə COVID-19-un hamilələrdə ciddi fəsadlar yaratdığı elmi olaraq nəzərə alınır və onların peyvəndləmədə iştirakı da təklif olunur”.
Bunu Avtosfer.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Alim bildirib ki, son elmi tədqiqatlara əsasən, gənc hamilələrin SARS-CoV-2 virusuna yoluxarkən gənc olduqlarına görə heç bir narahatlığın olmayacağını düşünmələri yanlışdır: “Buna görə onlar da özlərini ciddi şəkildə qorumalıdırlar və peyvəndin növündən asılı olaraq elm icazə verdiyi halda peyvəndləmədə iştirak etməyi ciddi düşünmək olar.
Aprel ayının sonu nüfuzlu elmi jurnal olan "JAMA Pediatrics"də dərc edilən tədqiqatla 18 ölkədən hamilələrdə COVID-19-la bağlı qiymətləndirmə aparılıb. Burada çox önəmli məqamlardan biri də bu ölkələrin çoxunun səhiyyə sisteminin yüksək səviyyədə inkişaf etməməsidir və bu səbəbdən buradakı tibbi xidmətlər də buna uyğundur.
Tədqiqatda nəzərə alınan zaman çərçivəsi, əsasən, hamiləliyin sonuncu periodu və doğuş dövrü olub ki, bundan əlavə yeni doğulmuşda olan dəyişikliklərə də baxılıb. Ümumilikdə, virusa yoluxmuş 706 hamilə qadın virusa yoluxmamış 1424 hamilə qadınla müqayisə edilib.
Tədqiqatın nəticəsinə görə, virusa yoluxmuş hamilələrdə preeklampsiya və eklampsiya kimi ağırlaşmaların əmələ gəlmə riski 76% artır. Həmçinin xəstəxanaya, xüsusən də reanimasiyada nəzarətə götürülmə riski təxminən 5 dəfə, ana ölümlərinin riski isə təxminən 20 dəfədən çox yüksəlib. Erkəndoğulma riski 59%, tibbi cəhətdən hamiləliyin dayandırılması riski 97% artıb. Ağır neonatal xəstəliklərin riski də 2 dəfə çoxalıb.
Bir daha vurğulamaq istəyirəm ki, bu nəticələr inkişaf etmiş ölkələrin səhiyyəsinin nəticəsi deyil. Amma bu, artıq bizim əlimizdə elmə əsaslanan məlumatların olması deməkdir və bu məsələyə Azərbaycanın da ginekoloqları daha ciddi yanaşmalıdırlar”.
N. Abdullayevin sözlərinə görə, bütün bu elmi əsaslı məlumatlar bir daha onu deməyə əsas verir ki, hamilələrə peyvənd təklifi elmi əsaslıdır, o cümlədən Azərbaycanda da bu barədə düşünülməlidir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












