Azərbaycanlı gənc dünyanın ən qabaqcıl universitetində İŞƏ BAŞLADI
Xəbərlər
18 Yanvar 2024 16:09
Oxunub 720

Əslən Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndindən olan Albina Məmmədova dünyanın ən qabaqcıl təhsil ocaqlarından sayılan Kembric Universitetində (University of Cambridge) işə başlayıb.
News24.az xəbər verir ki, gənc xanım burada Coğrafiya departamentində fəaliyyət göstərəcək.
Məlumata əsasən, o, departamentin kommunikasiyalar üzrə koordinatoru təyin edilib.
Qeyd edək ki, Albina Məmmədova 2 il öncə ödənişsiz qaydada Kembricdə magistraturaya qəbul olub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













