Banner

Azərbaycanlı "İnstagram" üstündə türkiyəli gənci öldürdü - VİDEO

Xəbərlər 21 Dekabr 2021 13:48 Oxunub 24202
Azərbaycanlı "İnstagram" üstündə türkiyəli gənci öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində Nəbi.B adlı Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.

Avtosfer.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, İstanbulda bərbər işləyən azərbaycanlı dekabrın 16-da mübahisə zamanı Yasin Semih Demirok adlı şəxsə atəş açaraq onu qətlə yetirib.

Tərəflər arasında mübahisə ölən şəxsin "İnstagram"da sevglisinin adı ilə Azərbaycan vətəndaşına yazması olub. Sevgilisini qısqanan Yasin bir müddət sosial şəbəkədə Nəbi ilə yazışıb və ardınca onu parka çağırıb.

Gənclər arasında mübahisə sonradan əlbəyaxa davaya, ardınca isə Nəbinin atəş açmasına səbəb olub. Polis hadisə yerindən qaçan Azərbaycan vətəndaşının axtarışlarına başlayıb.

 

azxeber

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh