Azərbaycanlı idmançının türkiyəli rəqibi döyüşdən imtina etdi - FOTO+VİDEO

Xəbərlər 2 Aprel 2021 21:45 Oxunub 702
Azərbaycanlı idmançının türkiyəli rəqibi döyüşdən imtina etdi - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Türkiyənin İstanbul şəhərində tayboksinq üzrə “King of Kings” təşkilatının döyüş gecəsi keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ehram Məcidov bildirib ki, bu yarışda Azərbaycanı 82 kq çəki dərəcəsində “Xocalı” klubunun idmançısı Rauf Gərayzadə təmsil edəcək:

“Onun rəqibi Mustafa Akdəmir olmalıydı. Lakin o, bizə məlum olmayan səbəblərdən döyüşdən imtina etdi. Hətta qaldığımız oteli tərk edib. Ona görə də təşkilatçılar Raufa rəqib kimi Suriya idmançısı Ömər Əlhacı seçib. Bu idmançının da rəqibi türk olmalıydı. Lakin o da koronavirusa yoluxduğundan, yarışa bilməyəcək. Bu səbəbdən də təşkilatçılar bu iki idmançını bir-birinə rəqib təyin edib”. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh