Azərbaycanlı milyarderin bazarında 82 nəfər saxlanıldı - VİDEO

Moskvanın “Sadavod” bazarında polislə miqrantlar arasında qarşıdurma yaranıb.
Sənədləri yoxlayan zaman sürücü avtomobili ilə qaçmağa çalışıb və onu saxlamağa çalışan polisi bir neçə metr arxasına sürüyüb. Bundan sonra gənc maşından düşərək polisi bir neçə dəfə vurub.
Həbs zamanı sürücü epilepsiya tutması keçirib. Bu zaman bir qrup aqressiv şəxs polis əməkdaşlarına yaxınlaşaraq saxlanılan şəxsə dəstək olduqlarını nümayiş etdiriblər. Hücum edənlər xidməti maşının təkərlərini də kəsiblər.
Nəticədə əlbəyaxa dava yerinə əlavə polis cəlb edilib və havaya bir neçə xəbərdarlıq atəşi açılıb. Münaqişə başa çatdıqdan sonra polis 82 nəfəri saxlayıb və Daxili İşlər Nazirliyinin ərazi idarələrinə aparıb. Miqrantlar barəsində inzibati xətalar haqqında protokollar tərtib edilib (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsi “Xırda xuliqanlıq”, 18.8-ci “Miqrasiya qanunvericiliyinin pozulması”).
Polisi vuran Tacikistandan olan 21 yaşlı miqrant barəsində cinayət işi açılıb.
Qeyd edək ki, “Sadavod” bazarı azərbaycanlı iş adamı, milyarder Qod Nisanov və Zarah İliyevə məxsusdur. (lent.az)

Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











