Azərbaycan–Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir - İlham Əliyev

Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.
Avtosfer.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.
Məktubunda Prezident Sadır Japarova və qırğız xalqına ən xoş arzularını çatdıran dövlətimizin başçısı İlham Əliyev qeyd edib: “Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur. Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyini daha da genişləndirmək yolunda birgə səylər bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










