“Azərpoçt” “ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi” sertifikatını əldə etdi

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 26 noyabr 2025-ci il tarixində keçirilmiş müvafiq sertifikasiyadan uğurla keçərək keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyib.
Avtosfer.az xəbər veri ki, audit nəticəsinə əsasən, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən “Azərpoçt” MMC-yə “Keyfiyyətin İdarəetmə Sistemləri – Tələblər” (ISO 9001:2015) standartına uyğunluğu təsdiq edən Uyğunluq Sertifikatı təqdim edilib. Sertifikatın tətbiq sahəsi poçt xidmətlərinin göstərilməsini əhatə edir.
“ISO” standartlarının tətbiqi müştərilərin “Azərpoçt”a olan etibarını artırmaqla yanaşı, əməkdaşların motivasiyasının yüksəlməsinə, daxili proseslərin daha şəffaf və sistemli şəkildə qurulmasına şərait yaradır. Bu isə göstərilən xidmətlərin keyfiyyətinin davamlı inkişafına birbaşa töhfə verir. Çünki “ISO 9001:2015” standartı müştəri məmnuniyyətini yalnız bir hədəf kimi deyil, şirkətin gündəlik fəaliyyətinin mərkəzi prinsipi kimi müəyyənləşdirir.
Bu sertifikat “Azərpoçt”un mükəmməlliyə doğru atdığı ardıcıl və inamlı addımının, həmçinin beynəlxalq keyfiyyət idarəetmə tələblərinə tam uyğunluğunun və müştəri məmnuniyyətinə verilən yüksək önəmin növbəti təsdiqidir.
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!










