Azıx və Tağlar mağara düşərgələri Ümumdünya İrs Siyahısına daxil ediləcək

Xəbərlər 20 İyun 2024 20:33 Oxunub 342
Azıx və Tağlar mağara düşərgələri Ümumdünya İrs Siyahısına daxil ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşğaldan azad edilmiş Xocavənd rayonu ərazisində yerləşən Azıx və Tağlar mağara düşərgələrinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil ediləcək.

"Report" xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" MMC hazırlıqlara başlayıb.

Məlumata görə, ilkin olaraq bununla bağlı xarici ekspertlər cəlb olunmaqla nominasiya faylı hazırlanacaq.

Qeyd edək ki, hazırda bu mağaralar Ümumdünya İrs Siyahısının müvəqqəti obyektləri sayılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh