Banner

Azyaşlıları oğurluğa məcbur edən qohumlar həbs edildi - VİDEO

Xəbərlər 13 Yanvar 2026 14:06
Azyaşlıları oğurluğa məcbur edən qohumlar həbs edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın mərkəzi küçələrində yetkinlik yaşına çatamayan iki nəfərin insanlara yaxınlaşaraq əl çantaları və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov də müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb. İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.

 

Oxunub 146
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh