Banner

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi - FOTO

Xəbərlər 10 Fevral 2026 15:11
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətindən bildirilib.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Oxunub 174
ŞƏRH YAZ
Ad

E-mail

Şərh