Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi - FOTO

Xəbərlər 6 Aprel 2026 15:53
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Avtosfer.az-a ADY-dən bildirilib.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh