BBAK-da münasib qiymətlərlə icarə obyektləri təklif olunur - FOTO - VİDEO

Xəbərlər 23 Aprel 2026 12:11
BBAK-da münasib qiymətlərlə icarə obyektləri təklif olunur   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində icarə obyektləri təklif olunur.

Kompleksdən Avtosfer.az-a verilən məlumata görə, ölkənin bütün istiqamətlərinin birləşdiyi bu məkanda sahibkarlar üçün müxtəlif ölçüdə və təyinatda obyektlər münasib qiymətlərlə icarəyə verilir.

Bildirilib ki, obyektlər rahat gediş-gəliş imkanları və zəruri kommunikasiya xətləri ilə təmin olunub. Burada təmirli və təmirsiz sahələr, sürətli internet və sanitar qovşaq mövcuddur. Eyni zamanda, yük maşınlarının girişinə şərait yaradılıb, obyektlər yüksək tavanlıdır və 24 saat mühafizə olunur.

Qeyd olunub ki, icarə qiymətləri paytaxtın digər əraziləri ilə müqayisədə daha sərfəlidir. Bundan əlavə, ərazidən Avtovağzal metro stansiyasına birbaşa çıxış mövcuddur.

Ətraflı məlumat almaq istəyənlər 1414 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Bakı–Sumqayıt şossesi 3.

Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh