Banner

Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib

Xəbərlər 24 Avqust 2022 20:20 Oxunub 1368
Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, P.Kəngərli təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh