Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır - FOTO - VİDEO

Vətəndaşların təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dairəvi avtomobil yolunun köməkçi hissəsində təmir işləri aparılır.
Bu barədə Avtosfer.az-a AAYDA-dan məlumat verilib.
Təmir işləri yolun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsindən başlayaraq Moskva prospektinədək olan, ümumi uzunluğu 1580 metr təşkil edən hissəsini əhatə edir. Qeyd edək ki, bir müddət əvvəl bu ərazidə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılmış, ardınca əks-dolğu işləri yerinə yetirilmiş və hamarlayıcı lay asfalt-beton örtüyü döşənmişdir. Hazırda isə qazılmış hissənin mövcud asfalt-beton örtüklə eyni səviyyəyə gətirilməsi məqsədilə aşınma lay asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri görülür. Təmir işlərinin 9 oktyabr saat 24:00-a dək tamamlanması planlaşdırılır. Sürücülərdən göstərilən yol sahəsində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etmələri xahiş olunur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR















