ADY fövqəladə hallarla bağlı təxliyə təlimi keçirilib - FOTO - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən həyata keçirilən mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirici tədbir və təlim təşkil edilib.
Bu barədə Avtosfer.az-a ADY-dən bildirilib.
Qeyd edilib ki, təlim çərçivəsində ADY Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Bakı Dəmiryol Vağzalında “Fövqəladə halların xəbərdar edilməsi, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda məşq keçirib. Təlimə FHN-in Bakı Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən yanğınsöndürmə qatarı və şəxsi heyəti, təcili tibbi yardım maşını və tibbi personal cəlb olunub.
Məşqin məqsədi stansiyada təhlükəsizlik tədbirlərinin səmərəliliyini artırmaq, fövqəladə hallar zamanı müxtəlif struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ şəkildə həll edilməsi və şəxsi heyətin praktiki vərdişlərinin möhkəmləndirilməsidir.
Təxliyə tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsi həyat təhlükəsi ilə üzləşən şəxslərin təhlükəsiz şəkildə evakuasiyasını təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.
ADY mütəmadi olaraq bu kimi tədbirləri həyata keçirməklə ölkədə dəmiryol nəqliyyatının təhlükəsizliyini daha da artırmağı və əməkdaşlarının fövqəladə hallara hazırlığını möhkəmləndirməyi hədəfləyib.
İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ
Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!
İki idarə rəisini vəzifədən azad etdi
Yeni 100 manatlar buraxılır- Köhnələrin aqibəti NECƏ OLACAQ?
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO
Paytaxtda piyadaların təhlükəsizliyi artırılır - VİDEO
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTOLAR
Paytaxtın iki prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ














