Bakı-İstanbul reysində 30 kq narkotik tapıldı
Xəbərlər
9 İyun 2022 14:29
Oxunub 976

Ötən gün İstanbul Hava Limanında Bakıdan İstanbula uçan sərnişin təyyarəsində 30 kiloqram kokain aşkar edilib.
Avtosfer.az “Gümrük TV”yə istinadən xəbər verir ki, Bakıdan İstanbula səyahət edən əcnəbi şəxs şübhəli olaraq qiymətləndirilib və o, müşahidə altına alınıb.
Sözügedən şəxsin şübhəli hərəkətlər etdiyi və Meksika-İstanbul uçuşuna aid başqa bir sərnişinin çemodanını götürdüyü məlum olub. Bunun ardınca, həmin şəxsin çantalarında axtarış aparılıb və nəticədə əcnəbi şəxsin yükündən 30 kiloqram kokain aşkar olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













