Banner

Bakı metrosunda daha bir PROBLEM: Sərnişinlər düşürüldülər - YENİLƏNİB

Xəbərlər 23 Sentyabr 2024 12:38
Bakı metrosunda daha bir PROBLEM: Sərnişinlər düşürüldülər  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Neftçilər-Qara Qarayev" mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub".

Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb:

"Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamalar aparılıb. Nasazlıq olmadığı üçün qatar "Nərimanov" stansiyasından sərnişinlərlə yoluna davam edib".

***

“Dərnəgül” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq yaranması ehtimalı olduğu üçün maşinist qapıya baxış keçirib. Lakin “Bakı Metropoliteni”nin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb”.

Avtosfer.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Əvəzinə ehtiyat qatar verilib və bunun nəticəsində iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yubanma yaranıb”, - deyə o əlavə edib.

Oxunub 996
ŞƏRH YAZ
Ad

E-mail

Şərh