Bakı metrosunda insident - İki qız tunelə düşüb qaçdı
Xəbərlər
27 Aprel 2022 13:49
Oxunub 1378

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.
Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













