Bakı metrosunda qatarların hərəkətində GECİKMƏ Sıxlıq yarandı

Xəbərlər 16 İyul 2024 09:17 Oxunub 176
Bakı metrosunda qatarların hərəkətində GECİKMƏ  – Sıxlıq yarandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün səhər “Bakı Metropoliteni”nində problem yaranıb.

Avtosfer.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, “Dərnəgül” stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb:

“Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sisteminə yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Qatar baxış keçirildikdən sonra hər hansı problem müəyyən olunmadığı üçün yoluna davam edib”.

Qurum rəsmisinin sözlərinə görə, ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh