Bakı-Naxçıvan reysində yubanmalar var - YENİLƏNİB
Xəbərlər
16 Fevral 2025 16:10
Oxunub 766

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.
Bu barədə Avtosfer.az-a AZAL-dan məlumat verilib.
Məlumata görə, hazırda hər iki marşrut üzrə reyslər normal rejimdə həyata keçirilir.
"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - məlumatda deyilir.
***
Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysində yubanmalar var.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













