Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

Xəbərlər 23 Oktyabr 2020 12:55 Oxunub 992
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

“Koronavirusa yoluxma riski olan məkanlarda nəzarət tədbirləri gücləndirilib”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-yə açıqlamasında deyib.

O bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir:

“İctimai nəqliyyatda, qapalı məkanlarda, ictimai iaşə obyektlərində, ümumilikdə koronavirusa yoluxma riski olan bütün məkanlarda əməkdaşlarımız tərəfindən mütəmadi tədbirlər görülür”.

Komendant saatı ilə bağlı vəziyyətdən danışan E.Hacıyev bildirib ki, bütövlükdə ölkədə hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq gün ərzində müvafiq tədbirlər görülür:

“Zəruri olan bütün tədbirlər əməkdaşlarımız tərəfindən icra edilir. Axşam saat 21:00-dan başlayaraq, növbəti gün səhər saat 06:00-a qədər davam edən komendant rejimi çərçivəsində mövcud qayda və normalara uyğun olaraq (fəaliyyətinə icazə verilən sahələr istisna olmaqla) fiziki və hüquq şəxslərin sərbəst hərəkəti müvafiq icazə əsasında həyata keçirilir.

Əhalidən qaydalara əməl etmələri xahiş edilir. Bütövlükdə istər pandemiya, istərsə də hərbi vəziyyət rejimi ilə bağlı hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Ön cəbhədə düşmənlə mübarizə aparan əsgərlərimizin gözü arxada qalmasın deyə, polisin tələb və tövsiyələrinə qeyri-şərtsiz əməl olunmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh