Banner

Bakı sakini Qusarda avtomat satarkən saxlanıldı - VİDEO

Xəbərlər 15 Fevral 2024 09:40 Oxunub 716
Bakı sakini Qusarda avtomat satarkən saxlanıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qusara avtomat satmağa gələn şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.

Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh