Bakı-Şamaxı yolunda təmir-bərpa işləri aparılır - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir-bərpa işləri aparılır.
Təmir-bərpa işləri sözügedən yolun Şamaxı istiqamətində 66.3-69.5 km-lik hissəsində icra olunur.
Sözügedən hissədə yaranmış deformasiyalar avtonəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradırdı. Aparılan bərpa işləri ilə bu maneənin aradan qaldırılması planlaşdırılır.
Hazırda ərazidə örtüyün və yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri görülür. Ardınca lazımi materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri icra ediləcək.
Görülən işlərə paralel olaraq, suların ötürülməsi məqsədilə drenaj boruların tikintisi işləri də aparılır.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra olunacaq.
İşlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Aparılan təmir-bərpa işləri ilə magistralın sözügedən hissəsində rahat gediş-gəliş təmin olunacaq.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir
















