Bakı və İstanbul metropoliten sahəsində böyük layihələrin icrasını planlaşdırırlar

“Bakı Metropoliteni” QSC ilə İstanbul Metropoliteni arasında gələcəkdə böyük layihələr icra ediləcək”.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İstanbul Metropolitenin baş direktoru Özgür Soy bildirib.
Ö.Soy “Bakı Metropoliteni” ilə müxtəlif sahələrdə apardıqları əməkdaşlıq fəaliyyətlərindən danışıb:
“Bakı Metropoliteni” ilə çox yaxşı bir əməkdaşlığımız var. Birlikdə bir neçə layihəyə imza atırıq. Siqnalizasiya sistemləri, yeni vaqonların və digər maşın-mexanizm sistemlərinin dəyişdirilməsi, inşaat və digər sahələrdə əməkdaşlıq edirik. Həm biz öz təcrübələrimizi bölüşürük, həm də “Bakı Metropoliteni”nin təcrübələrindən faydalanırıq”.
O bildirib ki, bu istiqamətdə iki qurum arasında fəaliyyətlər davam etdiriləcəkdir:
“Bizim apardığımız Ar-Ge araşdırmaları var. O araşdırmalarla bağlı danışıqlar aparırıq. Azərbaycan dövlətinin planlarına bağlı olaraq hər cür əməkdaşlığa açığıq. Hazırda “Bakı Metropoliteni” ilə qarşılıqlı təlimlər veririk və təcrübələrimizi paylaşırıq. Gələcəkdə mütləq daha böyük layihələrimiz olacaq”.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











