Banner

Bakıda 11 zolaqlı sürətli yolda vurulan 82 yaşlı qadın öldü; prokurorluq sürücüdən əl çəkmədi - VİDEO - FOTO

Xəbərlər 26 Dekabr 2022 15:23 Oxunub 19982
Bakıda 11 zolaqlı sürətli yolda vurulan 82 yaşlı qadın öldü; prokurorluq sürücüdən əl çəkmədi - VİDEO   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il mayın 4-də Heydər Əliyev prospektində - ASAN Xidmət mərkəzinin qarşısında “Saipa” markalı 99-KV-310 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sənan Fəxrəddin oğlu Sultanov 10 zolaqlı sürətli yolu keçiddən yox, avtomobillərin arasından keçməyə çalışan 82 yaşlı Svetlana Abramovanı vurub.
Avtosfer.az saytına müraciət edən sürücü Sənan Sultanov bildirib ki, hərəkət zamanı qadın qəfildən onun qarşısına çıxıb, bütün texniki imkanlardan istifadə etməsinə baxmayaraq qəzadan yayına bilməyib: “Maşından düşəndən sonra Svetlana Abramovanın "kapot"un üstünə dəyib yerə düşdüyünü gördüm. Dərhal onu 3 saylı Sabunçu xəstəxanasına yerləşdirdim. Qohumlarım və özüm tərəfindən bütün tibbi ehtiyacları qarşılandı. Oradan da 102 xidmətinə özüm zəng vuraraq xəbər vermişəm”.
Birinci məhkəmə instansiyasında ona 4 il 6 ay məntəqə tipli cəza verildiyini qeyd edən sürücü daha sonra mərhumun bir qızının ortaya çıxdığını qeyd edib: “Adı Tatyana Abramovadır.  Onu da dəqiq bilmirik, həqiqətən də qızıdır, ya yox. Bizə deyir ki, qonşumu maşın vurub, ayağı sınıb, vuran şəxs ona 25 min manat pul verib. Siz də 50 min manat, yoxdursa 35-40 min manat verərsiniz. Biz də nə köməklik lazımdırsa etmişik. Yas məclisini həll etmək üçün getdiyimiz zaman da bizi yaxın buraxmayıb”. 
Hazırda prokurorluğun verdiyi apellyasiya şikayətinə məhkəmədə baxılər və çox təəssüf ki, prokurorluq sürücüyə 5 il 6 ay müddətində cəza verilməsini istəyir. Sürücü isə müvafiq orqanlardan bu barədə tədbir görüməsini xahiş edir: ”Özümün iki körpə uşağım, qeydiyyatda olan xəstə bacım, xəstə anam var. Onlara baxıram, ailə başçısıyam. Başqa yerdən mənim gəlirim yoxdur. Hazırda sürücülük vəsiqəsindən məhrum edilmişəm. Atamı 5 il öncə maşın vurub öldürdü, heç kimdən şikayət etmədim. İndi bu qadın məndən əl çəkmir ki, sığorta 5 min versin, sən də 35-40 min. Bir dəfə min apardım verdim, tulladı üstümə ki, bu nədir, dilənçiyə pul verirsən?”
Avtotexniki ekspertiza rəy verib ki, guya mən hadisədən yayına bilərdim. Amma videodan da görünür ki, qadın asta addımlarla “Toyota” markalı avtomobilin qarşısından qəflətən mənim hərəkət etdiyimi zolağa çıxır. Mən onu görən kimi tormuzu basmışam”.
Qeyd edək ki, Sənan Sultanovla bağlı prokurorluğunu şikayətinə dekabrın 27-də Apellyasiya Məhkəməsinə hakim Cavid Hüseynli tərəfindən baxılacaq.


Nəzrin Sailqızı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh