Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı - FOTO - VİDEO

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Avtosfer.az xəbər verir ki, bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl –zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.
Bundan başqa Nərimanov rayonunda 2500 manat dəyərində moped oğurlayan əvvəllər məhkum olunmuş Şamil Şıxaliyev və Şirin İsmayılov da saxlanılıblar.
Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı isə son bir neçə gün ərzində vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü polisə təhvil verilib.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









