DİN Bakıda adam oğurluğunun olması iddiasına AYDINLIQ GƏTİRDİ - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, görüntüdə əks edilən hallar quldurluq cinayəti üzrə axtarışda olan şəxsin tutulması istiqamətində keçirilən tədbiri əks etdirir:
“Həmin şəxs tutularaq istintaqa təhvil verilib”.
***
Bakı şəhərində gəncin oğurlandığı iddia olunur.
Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib.
Əldə edilən görüntülərə görə, axşam radələrində iki nəfər bir şəxsi 99-AP-020 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı maşına mindirərək aparıb. Gənc maşına mindirilərkən onun başına vurduqları da görünür.
Həmin görüntüləri təqdim edirik:













