Bakıda avtobus sürücüsü sükan arxasında canlı yayıma çıxdı- ŞOK VİDEO
Xəbərlər
17 Mart 2021 17:04
Oxunub 3382
Bakıda avtobus sürücüsünün qanundankənar hərəkətini sərnişinlərdən biri qeydə alaraq redaksiyamıza göndərib. Avtosfer.az-a verilən məlumata görə, avtobusu idarə edən sürücü hərəkət zamanı telefonla canlı yayıma qoşulub. O, telefonu əlində saxlayaraq yüksək səslə videogörüntülü danışıq aparıb.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, görüntü araşdırılır, müvafiq qaydada tədbir görüldükdən sonra məlumat veriləcək.
Sözügedən görüntünü təqdim edirik:
Təbriz
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR