BakuBus avtobusu yandı - ətrafdakılar sürücünün köməyinə yetişib - VİDEO
Xəbərlər
13 Avqust 2021 14:28
Oxunub 1772

Bakının Xətai rayonu ərazisində avtobus yanıb. Avtosfer.az bildirir ki, 21 nömrəli avtobus birdən-birə alışmağa başlayıb. 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü dərhal onu saxlayıb və sərnişinləri təxliyə edib. Ətrafdakılar tez bir zamanda sürücünün köməyinə yetişərək yanğınsöndürən balonlarla alov böyümədən onu söndürməyə müvəffəq olub. İlkin ehtimala görə yanğına səbəb avtobusun mühərrikindəki nasazlıq olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Gözdən yayınmayan bir digər məqam isə “Bolt” şirkətinə məxsus moped sürücüsünün tüstüləyən avtobusun çox yaxınlığında hərəkət etməsi olub. Partlayış baş versəydi çox güman ki, ciddi xəsarət alanlardan biri də həmin o kuryer olacaqdı.
Aysel
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
















