Bakıda avtobuslarda yığım planı artırılıb? - Agentlikdən VACİB AÇIQLAMA

Paytaxtda bir qrup avtobus sürücüləri, əmək haqlarının verilməməsi və gündəlik yığım planının artırılması ilə bağlı aksiya keçirib. Aksiyada iştirak edən 140 nömrəli müntəzəm marşrut xətti üzrə müvafiq şirkətlə əməkdaşlıq edən sürücülər məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdiklərini deyiblər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, söhbət “BMH” MMC-dən gedir və həmin şirkətin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücünün müraciətinə baxılıb: “Sürücülərin müraciətləri dinlənilib. Onlara bildirilib ki, istər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid deyil. Bu səbəbdən də onlara müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib.
Eyni zamanda “BMH”nin direktoru Bəxşəli Mirzəyev BNA-ya çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, sərnişin daşımalarının qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib”.
Agentlikdən göndərilən məlumatda bu məsələ üzərindən bir daha ictimai nəqliyyatda nağdsız ödənişə inteqrasiyanın vacibliyini diqqətə çatdırılıb:
“Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
Bu səbəbdən də sərnişindaşımalarda nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 52 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Nəticədə sərnişindaşımanın ümumi dövriyyəsinin 33%-i şəffaflaşdırılıb. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












