Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti BƏRPA EDİLDİ

Bu gündən bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, hərəkət sxemləri bərpa edilən xətt avtobusları bunlardır - 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.
Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil edilir.
Qeyd olunub ki, digər müntəzəm marşrutların fəaliyyətinin bərpa edilməsi prosesi də mərhələli şəkildə təmin olunacaq.
Xatırladaq ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 57 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib, 15 marşrut xəttinin fəaliyyəti dayandırılıb.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










