Bakıda dayanacaqda qadına söz atdılar – HƏBS EDİLƏN VAR

Dayanacaqda dayanan qadına söz atan taksi sürücüsü ona irad bildirən şəxsi döyüb. Nəticədə həmin şəxsin burnu və dişləri sınıb.
Avtosfer.az xəbər verir ki, hadisə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi ərazisindəki dayanacaqda baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan 2003-cü il təvəllüdlü Pünhan yol kənarında dayanan xanıma yaxınlaşaraq ona sataşıb. Bunu görən 35 yaşlı Azad Pünhana irad bildirib, xanımla qonşu olduğunu deyib. Onlar arasındakı mübahisə davaya çevrilib. Pünhan maşından götürdüyü küt alətlə Azadın sifət nahiyəsinə bir zərbə vurub. Zərbənin təsirindən Azadın burnu və dişləri sınıb. Pünhan maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb.
Azad ifadəsində Pünhanın onu beşbarmaqla vurduğunu deyib. Pünhan isə əlində heç nə olmadığını deyib. Araşdırma zamanı ərazidəki kamera görüntüsünə də baxılıb. Kamera görüntüsündə Pünhanın maşından nəsə götürərək Azada yaxınlaşdığı, ona zərbə vurduğu müəyyən edilib. Lakin onun əlindəki küt alətin nə olduğu kameradan aydın görünmür.
Zərərçəkmiş Azad Pünhandan şikayətçi olduğunu və ona ağır cəza verilməsini istəyib. İstintaq dövründə ev dustaqlığında olan Pünhan məhkəmə zalında həbs edilib.
Xuliqanlıqda və qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunan Pünhan 3 il müddətinə azadlıqdan məhrum edilib. (Musavat.com)
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir








