Banner

Bakıda əl qumbarası tapılıb - FOTO - VİDEO

Xəbərlər 23 Yanvar 2023 12:29 Oxunub 924
Bakıda əl qumbarası tapılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda əl qumbarası tapılıb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın torbaya bükülmüş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh