Bakıda eyvandan insanların başına qab-qacaq atıldı - VİDEO
Xəbərlər
18 İyun 2024 16:47
Oxunub 292
Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanından avtomobil yoluna və piyada səkisinə əşyaların atılmasını əks etdirən görüntülər paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və həmin əşyaları avtomobil yoluna atan şəxsin autizmdən əziyyət çəkən 8 yaşlı uşaq olması müəyyən edilib.
Azyaşlının valideynləri ilə söhbət aparılmaqla övladlarını nəzarətsiz buraxmamaları onların diqqətinə çatdırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR