Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Nərimanov rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, 6-cı köndələn küçəsində bir sahibkara məxsus avtoyuma məntəqəsi, kafe və kirayə yaşayış evlərinin su təchizatı sistemlərinə baxış keçirilib. Məlum olub ki, bu obyektlərin içməli sudan istifadəsi üçün müqaviləsi və 2 ədəd sayğacı var. Lakin obyekt sahibi sayğacdankənar xətt çəkərək uçotdan yayınıb. Bununla əlaqədar əvvəllər su təchizatı dayandırılsa da sahibkar qonşu obyektin xəttinə qanunsuz müdaxilə edərək suyun talanmasını davam etdirib.
Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə də sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Yaşayış evinin su təchizatı sisteminə qoşulması üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Evin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekytlərində də qanunsuz çəkilmiş xətt vasitəsilə sudan istifadə edilib.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. Qeyd edək ki, cari ilin ötən dövründə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Nərimanov rayonunda 9, ümumilkdə isə 705 fakt aşkarlanaraq qarşısı alınıb
"Vətəndaşların və sahibkarların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə Agentlik bəyan edib.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











