Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI - YENİLƏNİB

Xəbərlər 14 May 2025 14:18 Oxunub 418
Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"İctimai nəqliyyatda ödənişlə bağlı problem həll olunub".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.

"K Group" MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda bu gün saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb. Hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər", - deyə T.Orucov bildirib.

***13:11

Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemində yenidən problem yaranıb.

Avtosfer.az xəbər verir ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər QR kodun əldə edilməməsi səbəbindən mümkünsüz olub. Nəticədə ictimai nəqliyyatın işində problemlər yaranıb, metroların girişlərində növbələr müşahidə edilir.

Qeyd edək ki, son vaxtlar bu problem tez-tez baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh