Bakıda iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb - VİDEO

Bakının Nərimanov rayonunda “Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib.
Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri - Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər.
Bu şəxslərdən isə ümumilikdə 2 kiloqram narkotik vasitə heroin aşkar olunub. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Rza” və “Milad” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Bu şəxslər barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. araşdırmalar davam etdirilir.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











