Bakıda kafedə başlayan yanğın yaşayış binasına keçdi - VİDEO
Xəbərlər
2 İyun 2021 09:16
Oxunub 1860

Bakıda yanğın hadisəsi baş verib.
Avtosfer.az Baku TV istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunu Lev Tolstoy küçəsində yerləşən kafelərin birində baş verib.
Səhər saatlarında mətbəxdə başlayan yanğın genişlənərək yaxınlıqdakı tikililərə və yaşayış binasına da keçib
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













