Bakıda karantin qaydaları ilə bağlı reyd keçirildi – ƏMƏL ETMƏYƏNLƏR CƏRİMƏLƏNDİ - VİDEO

Xəbərlər 3 Noyabr 2020 19:20 Oxunub 1346
Bakıda karantin qaydaları ilə bağlı reyd keçirildi – ƏMƏL ETMƏYƏNLƏR CƏRİMƏLƏNDİ  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi COVID-19 virusu ilə mübarizə tədbirlərinin davamı olaraq paytaxtın Yasamal rayonu ərazisində reydlər keçirib.

Avtosfer.az APA TV-ə istinadən xəbər verir ki, polis əməkdaşları öncə metronun Elmlər Akademiyası stansiyasının ərazisində ictimai nəqliyyatda sərnişinlərin tibbi maskadan istifadə qaydaları, ara məsafəsinin saxlanılması istiqamətində nəzarət profilaktik tədbir keçiriblər.

Qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslərə xəbərdarlıq edilərək barələrində inzibati protokol tərtib olunub.

Öncədən tibbi maskadan istifadə etməyib, polis əməkdaşlarını gördükdə tibbi maska taxan şəxslər isə bu hərəkətlərinə müxtəlif formada haqq qazandırmağa çalışıblar:

- Telefonla danışırdım, yadımdan çıxmışdı maska taxmaq.

- Çöldə havamız çatmır. İki saat yarımdı mən marşrutla yol gəlirəm. Sıxlıq idi, ürəyim gedir, nə edim mən. Məni maska xəstələndirir. Hava xəstələndirmir.

 

Reyd zamanı qapalı məkanlara da baxış keçirilib. Kafe və restoranlarda ara məsafələrinin qorunması tövsiyə olunub. Həmçinin spirt və digər dezinfeksiyaedici vasitələrin istifadəsinin vacibliyi bildirilib:

 

- Bizə deyilən ara məsafəsidir. Yerinə yetirilir. Kağızlar verilib, xəbərdarlıq üçün hamısı var. Spirt istifadə edirik, maska istifadə edirik. Havalandırma sistemi işləyir.

 

- Ola bilər sən cavansan, hiss etmirsən. Ancaq ailəndə hansısa bir yaşlı insanı yoluxdura bilərsən. Bu nə dövlətdən, nə polisdən yox, birinci növbədə özümüzdən asılıdır.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Şöbə Rəisi Elşad Hacıyevin sözlərinə görə, ictimai nəqliyyat sərnişinlərin mütəmadi dəyişərək hərəkət etdiyi yer olduğu üçün asanlıqla infeksiya mənbəyinə çevrilə bilir. Bu səbəbdən hər bir vətəndaş ictimai nəqliyyatda daha diqqətli olmalıdır: “Ümumən nəticələr göstərir ki, qaydalara əməl edən insanlar çoxdur. Lakin əməl etməyənlərdə var. Əsas problemlərdən biri qapalı yerlərdə sosial məsafənin gözlənilməməsi, sahibkarlar tərəfindən nəzarətin edilməməsidir. İctimai nəqliyyatda sosial məsafə gözlənilmir, eyni zamanda maskadan düzgün istifadə edilmir. Biz istəyirik ki, bu problemlər aradan qalxsın. Bunlar həll oluna biləcək məsələlərdir. Hər bir hərəkət iştirakçısının öz üzərinə düşən işdir ki qaydalara əməl etsin. Tövsiyə edirik ki, əgər bu mümkündürsə, vətəndaş edə biləcəyi işdirsə etsin”.

Bakı Şəhər Baş Polis idarəsindən bu cür reydlərin davam etdiriləcəyi bildirildi.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh