Bakıda komendant saatı qaydalarına necə riayət edilir? - VİDEO
Xəbərlər 26 Oktyabr 2020 22:50 Oxunub 902
Bakıda komendant saatı qaydalarına necə riayət edilir?  - VİDEO

Sentyabrın 28-dən etibarən ölkəmizdə tətbiq olunan komendant saatı müddətində vətəndaşların əksəriyyəti qoyulan qaydalara əməl edir. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, aparılan araşdırmalar nəticəsində vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma bu vətəndaşlarda arxayınlıq yaratmamalıdır.

Qurum rəsmisi qeyd edib ki, cəbhə bölgəsində ordumuzun inamlı qələbələri düşmən tərəfində ciddi qorxu yaradır. Düşmən tərəfindən hansısa təxribatların ola biləcəyi istisna edilmir. Buna görə də bütün vətəndaşlardan məsuliyyətli olmaq və qoyulan qaydalara həssaslıqla yanaşmaq tələb olunur.

Bu barədə ətraflı videosujetdə:

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh