Bakıda küçəni zibilləyən gənclər avtomobilin şüşəsini sındırdı - VİDEO
Xəbərlər
27 İyun 2021 14:03
Oxunub 4694

Bakıda zibil atmaq adıyla küçəyə çıxan gənclərin qəribə hərəkətləri kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. Gecə saatlarında iki gənc yoldan keçərkən əllərində olan zibil torbalarını Məhkəmənin həyətinə tullayıblar. Bu zaman torbalardakı zibil yol kənarında park edilmiş avtomobilin üzərinə düşüb. Videodan da göründüyü kimi, avtomobilin şüşəsinə ziyan dəydiyini görən gənclər hadisə yerindən qaçıblar.
Qeyd edək ki, ərazidə yerləşən zibil qutuları 100 metr yaxınlıqda olub.
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













