Bakıda külli miqdarda heroin və tiryək aşkarlandı - FOTO - VİDEO

Nərimanov rayonunda polisin keçirdiyi əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Tohid İbrahimov və İlkin Vəliyev saxlanılıblar. Tohid İbrahimovdan 2 kiloqram 204 qram heroin, marixuana, tiryək, metamfetamin və 50 ədəd metadon həbi götürülüb.
Digər əməliyyat zamanı saxlanılan 23 yaşlı İlkin Vəliyevdən isə 1 kiloqram narkotik vasitə olan tiryək aşkarlanıb. Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bundan əlavə, Nərimanov rayonunda ilin əvvəlindən polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 66 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə 22 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb. Ölkəboyu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.


Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










