Banner

Bakıda magistral yolda qəbiristanlıq salınacaq? - RƏSMİ CAVAB

Xəbərlər 5 İyul 2022 16:09 Oxunub 1162
Bakıda magistral yolda qəbiristanlıq salınacaq? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda magistral yolun bir hissəsinin qəbiristanlq ərazisinə satılması iddia olunub. 

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

İddiaya əsasən, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb və 180 qəbirlik yerin hazırlıq işlərinə başlanılıb.

Bu iddianın nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, iddialar əsassızdır: "Qeyd olunan ərazidə sürüşməyə istinad divarı inşa edilir. Sifariş əsasında işləri AAYDA görür. İşlər tamam olduqda ictimaiyyətə məlumat veriləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh