Bakıda məktəbin yanında kanalizasiya TƏHLÜKƏSİ - "Maşın düşsə yoxa çıxar" - VİDEO

Bakının Sabunçu rayonunda yerləşən Sultanməcid Əfəndiyev küçəsində ciddi infrastruktur problemi yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws-ə şikayət daxil olub.
Bildirilib ki, 155 nömrəli məktəbin və Sabunçu məscidinin yaxınlığında kanalizasiya borusunun partlaması nəticəsində tullantı suları küçəyə axır.
Ərazidə yaşayan insanların verdiyi məlumata görə, sızma birbaşa yolun ortasında baş verdiyindən ərazidə torpaq çökməyə başlayıb. Kanalizasiya quyusunun qapağı ətrafında da çöküntülər müşahidə olunur.
Sakinlər bildirir ki, problem bir neçə gündür davam edir və aidiyyəti qurumlara dəfələrlə məlumat verilməsinə baxmayaraq, indiyədək heç bir tədbir görülməyib.
"Bir-iki gün də belə davam etsə yol tam çökəcək və bədbəxt hadisə qaçılmaz olacaq. Çünki ora maşın düşsə yoxa çıxar, yerin altından o qədər böyük kanalizasiya xətti keçir", - deyə şikayətçi vurğulayıb.
İşləməyən işıqforlarla bağlı açıqlama - VİDEO
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










