Bakıda narkokuryer saxlanıldı - VİDEO

Bakıda saxlanılan narkokuryerdə 11 kq marixuana aşkarlanıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 36 yaşlı Emin Mirzəyev narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki evindən 11 kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 171 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO











